Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağ münaqişəsi artıq tarixdə qaldı

0

  •      Azərbaycan Respubilkasının Prezidenti cənab
    İlham Əliyev Rusiya Fedorasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə cari
    ilin oktyabr ayının 31-də Rusiya Fedirasiyasına işgüzar səfər etmişdir. Rusiya
    Fedorasiyasının Soçi, şəhərində cənab Prezident İlham Əliyevin ilk öncə Rusiya
    Fedorasiyasının  Prezidenti Vladimir
    Putinlə təkbətək, daha sonra isə Rusiya Fedorasiyasının Prezidenti Vladimir Putin,
    Ermənistanın Baş naziri Nikol Paşiniyanla üçlü formatda görüşləri keçirilmişdi.

       Məlumat üçün bildirirəm ki, Rusiya Prezidenti
    Vladimir Putinin təşəbbüsü ilə təşkil olunan bu işgüzar səfər digər məsələlərlə
    yanaşı əsasən Azərbaycanla Ermənistan arasında mövcud durumun müzakirəsinə həsr
    edilmişdir. Səfər öncəsi müxtəlif səviyyələrdə və ayrı-ayrı informasiya
    kanalları ilə məlumatlar ötülürdü ki, Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək
    və bununla da Azərbaycanın geri addım atmasına nail olunacaqdır. Bu mənada cənab
    Prezidentimiz İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək
    görüşündə söylədiyi “Qarabağ problemi artıq bitmişdir” deməsi ilə “Qarabağ
    problemi” anlayışını yenidən gündəmə gətirmək istəyənlərə, dünya erməniliyinə və
    Qarabağda yaşayan ermənilərə sərt və  birmənalı
    mövqeyini ifadə etdi.

        Bunulada göstərdi ki, bu məsələ artıq gündəmə
    gətirilə bilməz. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində əldə etdiyi
    möhtəşəm Qələbəsi ilə Qarabağ problemini həl edib, Ermənistan kapitulyasiya
    aktına imza atmış məğlub tərəfdir, 10 noyabr tarixli Bəyanaməyə imza atmaqla üzərinə
    öhtəlik götürmüşdür, lakin üzərinə götürdüyü öhtəliklərin icrasını təmin etməmişdir.
    Ona görə də müzakirə olunmalı məsələ Ermənistanın üzərinə götürdüyü öhtəliklərin
    icra edilməsi ilə bağlı olab bilər. Bir daha cənab Prezidentimiz İlham Əliyev
    diplomatik məharət və qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın dövlət
    maraqlarını ən yüksək səviyyədə müdafiə etmiş oldu. Ən yüksək səviyyədə, müxtəlif
    arenalarda aparılan danışıqlarda cənab Prezidentimizin qətiyyətli mövqeyi bunu
    deməyə tam əsas verir ki, Qarabağ probnlemi artıq sözdə deyil reallıqda da
    bitmişdir.

       Qarabağ Azərbaycandır!

       Vahid
    Əliyev,

       YAP Xocalı rayon təşkilatının sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Qarabağ münaqişəsi artıq tarixdə qaldı

    Maraqlı gələ bilər
    55
    41
    54
    52
    52